VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Moskvada "Lukoil" neft şirkətinin baş podratçısı "Master-Neft" şirkətinin rəhbəri Şalva Şalyaxov öldürülüb. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bu hadisə ötən gün dekabrın 29-da gecə baş verib.

BAKU.WS Virtualaz.org-a istinadən bildirir ki, sifətinə tibb maskası taxmış şəxs Şalyaxovu Moskvadakı Qaribaldi küçəsi, ev 36 ünvanında qətlə yetirib. O, biznesmeni evinin girişində gözləyib və çoxsaylı bıçaq zərbələri endirib. Hadisə gecə yarısını keçmiş baş verib.

Şalyaxov "Master-Neft" şirkəti ilə yanaşı "Kit-Servis", "Uqra-Steklo", "Rusekooil", "Yunionstroy, "Profstroy", "Nefteqazinjinirinq" şirkətlərinin də təsisçisidir.

Hüquq-mühafizə orqanları qətlin üstünü tezliklə açıblar. Bildirilir ki, 61 yaşlı biznesmenin qətli məişət zəminində törədilib. Şübhəli şəxs qismində onun arvadının sevgilisi tutulub.

"Qətl məişət xarakteri daşıyır və mahiyyətcə biznesmenin uşağın dünyaya gəlməsindən sonra arvadı ilə maliyyə münaqişəsinin nəticəsidir"-hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Rusiya İstintaq Komitəsinin Moskva idarəsində şübhəlinin tutulmasını təsdiqləyiblər. Açıqlanıb ki, həmin şəxs 1985-ci ildə anadan olub, hazırda dindirilir. Tezliklə ona ittiham elan ediləcək.

Saxlanılan şəxs hadisənin baş verdiyi ərazidə videomüşahidə kameralarına düşüb. Kadrlara əsasən Şalyaxov gənc arvadı ilə binaya daxil olur, bir neçə saniyə sonra panika içərisində küçəyə qaçır. Bu zaman onun arxasınca qara gödəkçəli şübhəli şəxs binadan çıxıb qaçır.

BAKU.WS