VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı-Böyük Kəsik istiqamətində hərəkətdə olan qatar Ucar rayonu ərazisində qəzaya uğrayıb.

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, qatar gecə 04:00 radələrində dəmiryol işçilərinə məxsus avtomobillə toqquşub.

Avtomobildəki 3 işçinin sərxoş olduğu deyilir. Qəza zamanı ölüm hadisəsi qeydə alınmayıb.

Hadisə ilə əlaqədar qatar məntəqəyə təyin olunan vaxtdan 4 saat gec çatıb.

BAKU.WS