SİZİN REKLAM BURADA!
055 213 76 73



Dekabrın 27-də Nizami Kino Mərkəzində "Əfsanə qayıdır" filminin qala gecəsi keçirilib.

BAKU.WS-in məlumatına görə, təqdimatda ekran işinin yaradıcı və aktyor heyəti qırmızı xalçaya keçərək jurnalistlərin sualları cavablandırıblar.

Emil Abdullayevin rejissorluğu ilə çəkilən "Əfsanə qayıdır" filmində Əməkdar artistlər Dilarə Əliyeva, Elxan Yunis, aktyorlar Fərda Amin, Nicat Rəhimov, Ülfət Bəşir və başqaları rol alıblar.


D.Əliyeva açıqlamasında filmdə qısqanc qadın obrazını canlandırdığını deyib:

“Bu filmdə mən Əfsanə obrazını canlandırıram. Həyat yoldaşımı isə “Vicdan haqqı” serialından yaxşı tanıdığınız əməkdar artist Elxan Yunis oynayıb. Obrazıma gəldikdə isə, Əfsanə varlı ərini qısqanan, daim onun şəxsi həyatında nə isə axtaran və tez-tez gülməli hadisələrlə rastlaşan bir xanımdır. Mənəvi baxımdan kasıb olan obrazım adicə brilyantlarını yatanda da çıxartmır. Çəkilişlərimiz həm Qubada, həm də Bakıda olub. Ssenarini mən və digər aktyorlar da çox bəyənib. Ssenari gözəl olanda, biz də həvəslə oynayırıq. Ümid edirəm ki, tamaşaçılar bu obrazımı da bəyənəcəklər”.


Aktrisa Ülfət Bəşir isə çəkiliş zamanı kaskadyordan imtina edərək, ikinici mərtəbədən özü atlanaraq, xəsarət aldığını etiraf edib:

“Bu günə kimi bir neçə film təklifi gəlib, onlara yox demişəm. Amma bu işi Emil etdiyinə görə məmnuniyyətlə razılıq verdim. Onun işlərinə bələdəm. Çəkilişlər olduqca maraqlı keçdi”.

Filmi izləməyə gələnlər arasında digər sənət adamları da yer alıblar.

Hüseyn Məmmədsalahov

Foto: İlqam Cəbiyev
BAKU.WS