SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də yayımlanan "BizimləSən" verilişində qonaq olan Xalq artisti Flora Kərimova illər əvvəl başına gələn hadisədən danışıb.


BAKU.WS-in məlumatına görə, müğənni bunları deyib:

“Mənim həyatımda çox böyük faciələr olub. Artıq oğlumun 50 yaşı var. Ona qurban olaram. Bir dəfə böyük bir anlaşılmazlıq olmuşdu. Həmin məsələni aydınlaşdırmaq istəyirdim. Oğlumu və qızımı yanıma çağırdım. Oğluma dedim ki, mən gedirəm, döysələr, söysələr, işgəncə versələr sən digər otaqda olarsan, yanıma gəlməzsən. Məsələ öldürmək səviyyəsində idi. Amma oğlum harayla qışqırdı, yanıma gəldi. Söylədim ki, nə badə yanıma gələrsən. Çünki mən bilirdim ki, oğlumun əliylə mənə pislik edə bilərdirlər”.

BAKU.WS