VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Saxta pul təqdim etməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, bu barədə Masallı rayon Polis Şöbəsinə şikayət daxil olub.

Rayon ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən daxil olmuş müraciətdə “VAZ-21063” markalı avtomobilin sürücüsünün doldurduğu yanacağın müqabilində 1 ədəd 100 manatlıq əskinas təqdim edib. Sonradan həmin pulun saxta olduğunun aşkar edilməsi bildirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü maddəsi (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulu təqdim etməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ruslan Əsədullayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

BAKU.WS