SİZİN REKLAM BURADA!
055 213 76 73



67-ci “Kainat gözəli” yarışması bu dəfə Taylandın paytaxtı Banqkok şəhərində baş tutub.

BAKU.WS
xarici mətbuata istinadən xəbər verir ki, müsabiqənin qalibi 24 yaşlı filippinli Katriona Qrey olub.

Qalibi finala qədər gəlib çıxan qızlar arasından ABŞ, İndoneziya, Venesuela, Avstraliya və Braziliyadan olan münsiflər heyəti seçib.


Katriona Qreyin "Kainat gözəli" tacını 2017-ci ilin "Kainat gözəli" Cənubi Afrika Respublikasından olan qalibi Demi-Li Nel-Piters təqdim edib.



“Kainat gözəli-2018” Katriona Qrey öz ölkəsindı tanınmış televiziya aparıcısı, müğənni, teatr aktrisası və model kimi də tanınır.

Dünyanın ən gözəl ikinci qızı venesuelalı Stefani Gutierrez seçilib.

Qeyd edək ki, 66-cı ABŞ-da keçirilən "Kainat gözəli" müsabiqəsi ABŞ-da keçirilmişdir. "Kainat gözəli" ən nüfuzlu gözəllik müsabiqələrindən biridir.

BAKU.WS