SİZİN REKLAM BURADA!
055 213 76 73



Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun mühafizəsi üzrə polis idarəsinin bölük komandiri Əliyev Rəşid Şura oğlu 55 yaşında vəfat edib.

BAKU.WS “qaynarinfo”ya istinadən xəbər verir ki, o, dekabrın 14-də yaşadığı ərazidəki marketlərin birindən alış-veriş edən zaman infarkt keçirib. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məlumatı DİN-in Baş Mühafizə İdarəsindən Qaynarinfo-ya təsdiqləyiblər.

Allah rəhmət eləsin!

BAKU.WS