055 213 76 73
Gürcüstan vətəndaşı, 1972-ci il təvəllüdlü İsmayılov İlqar Yasin oğlu 13.12.1018-ci il tarixdə ərizə ilə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə şikayət edib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, İlqar şikayətində mobil telefonun əlində alındığını bildirib.
O, qeyd edib ki, ayın 8-də saat 15 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 63 ünvanında Rövşən adlı şəxsin ondan mobil telefonunu aldığını və geri qaytarmadığını bildirib.
Faktla bağlı həmin şəxsin axtarışlarına başlanılıb.
Ziya SƏCCAD
BAKU.WS