SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV telekanlında aparıcı Zaur Baxşəliyevin təqdimatında yayımlanan "Bizimləsən" verilişinə müraciət edən qadın ekspertlərin tənqidinə tuş gəlib.


BAKU.WS xəbər verir ki, Şəfəq adlı əkiz uşaq anası "BizimləSən"ə övladlarının müalicəsi üçün müraciət edib. Həyat hekayəsindən bəhs edən qadın studiyadakı ekspertləri hiddətləndirib.

Məlum olub ki, Şəfəq həyat yoldaşından ayrıldıqdan sonra başqa bir kişi ilə internetdə tanış olub. Rəsmi nikahı pozulmadığı halda yeni tanış şəxslə birgə yaşayıb və ondan əkiz uşaq dünyaya gətirib. Sonradan isə həmin şəxs onu və uşaqlarını qəbul etməyib. Hazırda sığınacaqda yaşayan Şəfəq ailəsi tərəfindən də rədd edildiyini qeyd edib. 

BAKU.WS