SİZİN REKLAM BURADA!
055 213 76 73



Bərdə sakini naməlum şəraitdə bıçaqlanıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İstisu adlanan ərazisində baş verib.

Rayonun Soğanverdilər kənd sakini, 1984-cü il təvəllüdlü Teymurov Ruslan İlyas oğlu naməlum şəxslə mübahisə nəticəsində sol döş qəfəsindən bıçaqlanıb.

Yaralı təcili Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb, hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

BAKU.WS