VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiya Federasiyasının prezidenti Vladimir Putin vaxtı ilə dövlət başçısı olmaq istəmədiyini açıqlayıb. Belə ki, ona bu vəzifəni illər əvvəl Rusiyanın birinci prezidenti Boris Yeltsin təklif etmişdi.


BAKU.WS-in Rusiya mətbuatına istinadən məlumatına görə, bu haqda V. Putin Yaroslavl şəhərində keçirilən "ПроеКТОриЯ" ("Proyektoriya") forumundakı çıxışı zamanı danışıb.

Rusiyalı liderin sözlərinə görə, həmin dövrdə o, özünü Rusiyanın başçısı olmaq üçün hazır saymırdı:

"Rusiyanın birinci prezidenti Boris Nikolayeviç Yeltsin məni yanına çağırdı və dedi ki, "Sizi adınızı Dövlət Dumasına baş nazir postuna təqdim etmək istəyirəm. Sonra isə sizə prezident seçkilərinə qatılmağınızı təklif edəcəyəm. Siz razısınız?" Mən ona "Xeyr" dedim".

Rusiya prezidenti Yeltsinin onun cavabına çox təəəcübləndiyini də əlavə edib.

Hüseyn Məmmədsalahov
BAKU.WS