SİZİN REKLAM BURADA!
055 213 76 73



Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların iştirakı ilə hansısa hadisənin cəzalandırılmasını əks etdirən görüntülər yayılır.

Belə hadisələrdən biri də qardaşının həyat yoldaşına sataşdığı iddia edilən gənc oğlan sərt şəkildə cəzalandırılmasıdır.

BAKU.WS olaraq məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, belə hallarda vətəndaşlar mütləq polisə müraciət etsinlər.

“Biz dəfələrlə bildirmişik ki, vətəndaşlar üzləşdikləri cinayət xarakterli hadisə, istənilən kriminal xarakterli məlumatlarla bağlı polisə müraciət etsinlər. Bunlarla bağlı vətəndaş Daxili İşlər Nazirliyinin 102 xidmətinə, yaxud ərazi polis bölməsinə müraciət edə bilər. Konkret müraciət olunduqdan sonra polis tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsi olaraq, məsələyə hüquqi qiymət veriləcək”, - deyə Orxan Mansurzadə bildirib.

Qurum rəsmisi deyir ki, vaxtında hüquq-mühafizə orqanlarına müracət etsələr, bu ancaq işin xeyrinə ola bilər:

“Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı çoxalıb. Hər kəs bir telefon ilə görüntü çəkərək sosial şəbəkələrdə yayır. Bunu yaymaqdan, kimlərisə günahlandırmaqdansa, kriminal hadisəsilə üzləşən şəxslər aidiyyatı üzrə müraciət etsinlər.

Belə hallarla bağlı hamısına eyni vaxtda cavab vermək fiziki cəhətdən çox çətindir. Araşdırmalar da bir qədər vaxt tələb edir. Bir daha qeyd edirəm ki, bundansa, həmin adam ya polis bölməsinə, ya da 102 xidmətinə müraciət etməlidir. Müraciətdən sonra araşdırma aparılacaq”.

Ziya SƏCCAD
BAKU.WS