SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağcabədi rayonunun Boyat kəndində yerləşən uşaq musiqi məktəbinin binasında yanğın baş verib.


BAKU.WS-in "Report"a istinadən məlumatına görə, 120 şagird yerlik məktəbibinasının dam örtüyündə başlayan yanğın geniş əraziyə yayılib.
Yanğına ilk müdaxiləni kənd sakinləri ediblər.

Hadisə yerinə Ağcabədi Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları da gəlib.

Yanğın söndürülüb. Yanğına məktəb binasının damında elektrik xəttində qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Yerli sakinlərin sözlərinə görə, yanğın nəticəsində təhsil ocağına ciddi ziyan dəyib.

BAKU.WS