VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən



Bakı Nəqliyyat Agentliyinin Hava limanı - “28 may” ekspres xətt avtobuslarının xarici tərtibatında dəyişiklik edilib.

BAKU.WS xəbər verir ki, yeni tərtibat daha cəlbedici və maraqlı olması ilə fərqlənir. Avtobusların üzərində paytaxtdakı tarixi və müasir memarlıq nümunələrinin fotoları əks olunub.


Yeni tərtibatı fərqli edən digər bir məqam isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu rəsm əsərlərinin bəzilərinin fotolarının təqdim olunmasıdır.

Avtobusun tərtibatı ilə yanaşı, “Aeroport Expres” xidmətinin loqosu da dəyişib.


Qeyd edək ki, ekspres xətti üzrə sərnişinlərə müasir standartlara cavab verən Almaniyanın “MAN” şirkətinin istehsalı olan “Neoplan” markalı avtobuslar xidmət göstərir.


Avtobusda oturacaqların sayı 48-dir və ayaqüstə sərnişin daşınması nəzərdə tutulmayıb. Hava limanı-28 may ekspres xətt avtobusları 30 dəqiqəlik intervalla 24 saat fəaliyyət göstərirlər.


Xətt üzrə avtobuslar aralıq dayanacaq olaraq yalnız metronun “Koroğlu” stansiyasının qarşısındakı dayanacaqda saxlayır.

Avtobuslarda gediş haqqı 1.30 azndir. Ödəniş "BakıKart" vasitəsi ilə həyata keçirilir.

Hava limanı ekspres xətti ilə bağlı ətraflı məlumatları aeroexpress.az saytından əldə etmək mümkündür.

BAKU.WS