VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin əməkdaşları “parkovşik”lərin “fəaliyətini” araşdırıb.

Sakin: “Düzgün deyil, sakinlər gəlir saxlamağa yer yoxdur. Gedib başqa yerdə saxlayırıq”.

Sakin: “Çətinliyimiz ondan ibarətdir ki, maşını saxlamağa yer tapmırıq. Məcburən ya bardürün üzərinə çıxırıq, ya da qadağan edilən yerdə saxlayırıq. Polis də gəlib cərimələyir. Bura heç kimin şəxsi yeri deyil, bizim burda saxlamağa haqqımız var”.

Söhbət Bakının əksər küçələrində, evlərin qarşısında, harda gəldi salınan və günü-gündən çoxalan qeyri-qanuni parklanma yerlərindən gedir. İş o yerə gəlib ki, bina sakinləri öz avtomobillərini həyətyanı sahələrində saxlamağa yer tapa bilmir. Bu səbəbdən bir çox məhəllələrdə zəncir və digər vasitələrlə özünə yer ayırmağa məcbur qalan sürücülər də var.

Ərşad Hüseynli – Ekspert: “Yaşayış əraziləri heç kəsin mülkiyyətinə verilə bilməz. Ümumi istifadə üçün açıq olmalıdır. “Yol Hərəkəti Haqqında Qanun”un 53-cü maddəsində konkret qeyd edilib ki, əgər parklanma yerləri yaradılırsa, o yerlərdə hansısa bir yer rezervasiya edilə bilməz. Bu qanunsuzdur ”.

Bəs, qanunlara məhəl qoymayıb, məhlədaxili əraziləri parkinqə çevirən şəxslər kimlərdir?

Nəzarətçi: “Mən heç yeri zəbt etməmişəm. Gələn maşınları tənzimləyirəm ki, sakinlər rahat keçsinlər”.

Ərşad Hüseynli – Ekspert: “Belə vəziyyətin qarşısını həmin ərazi kimin balansındadırsa o nəzarət etməlidir ki, özbaşınaçılıq olmasın. Yerli icra orqanları, polisin digər xidmətləri bu işlə məşğul olmalıdır”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi eləcə də, Bakı Nəqliyyat Agentliyi təsdiq edir ki, məhlələrdəki “parkinq” nəzarətçilərinin fəaliyyəti qanunsuzdur.

Sakinlərin özləri üçün müxtəlif yollarla özlərinə yer ayırmasına gəlincə, bu da qəbuledilməzdir.

BAKU.WS