SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.


BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saat 07 radələrində paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində "Bağırov" körpüsünün yaxınlığında baş verib.


Ərazidə təmizlik işləri aparan süpürgəçi qadın, 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.


Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.


Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır və reanimasiyaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS