SİZİN REKLAM BURADA!
055 213 76 73



Qəbələdə orta məktəb binasında yanğın olub.


BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.


Verilən məlumata görə, rayonun Vəndam qəsəbəsində ümumi sahəsi 245 kv.m olan birmərtəbəli orta məktəb binasının (hazırda fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.


Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


BAKU.WS