SİZİN REKLAM BURADA!
055 213 76 73



Ukraynanın “Şaxtyor” və Fransanın “Lion” komandaları arasındakı Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçının məkanı dəyişdirilib.

Əvvəlcədən Xarkovda keçirilməsi nəzərdə tutulan qarşılaşma Ukraynanın paytaxtı Kiyevdəki “Olimpiyski” stadionunda təşkil olunacaq.

Səbəb kimi ölkənin bəzi regionlarında tətbiq edilən hərbi vəziyyət göstərilib.

Qeyd edək ki, “Lion” bu qarşılaşmanın yerinin dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etmişdi. Qurum daha öncə eyni səbəbdən “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinin – Ukrayna “Vorskla”sı və İngiltərə Arsenal”ının matçını Poltavadan Kiyevə dəyişib. “Şaxtyor” Donetski təmsil etsə də, hərbi vəziyyətlə əlaqədar ev oyunlarını Xarkovda “Metallist” stadionunda keçirir. (Report)

BAKU.WS