SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı gənclər insanların reaksiyasını yoxlamaq məqsədi ilə çarx hazırlayıb. 

BAKU.WS-in məlumatına görə, çoxlu ərzaq götürən gənclərin kassada oğurluğu ortaya çıxıb. 

Əvvəlcədən hazırlanmış senariyə uyğun olaraq gəncləri kassada yaxalayırlar. Onların üzərindən ərzaqlar çıxır. Gənclərdən birinin oyuncaq oğurladığı məlum olur. Digər gənc niyə oyuncaq oğurladığı üçün dostuna qəzəblənib. 

Dostu isə bunu balaca yetim qız üçün etdiyini bildirib. Bu vəziyyətdə mağaza işçiləri polis çağırmır və oğruları buraxır. Hətta oyuncaq da onlara pulsuz verilir. 

Sosial çarx kimi hazırlanmış videoda oğurluğun təbliği yoxsa insanların mərhəməti barədə mesaj verilir? Bu sualın cavabını isə izləyicilərimizin öhdəsinə buraxırıq.

Abbas
BAKU.WS