VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İndidən restoranlar yeni ilə hazırlaşır. Yeni il proqramına nələr daxildir və qiymətlər neçəyədir?Bəs vətəndaşlar necə, yeni ili evdə yoxsa restoranda keçirməyə üstünlük verirlər?

Yeni ili evdə ailəsi ilə birgə qarşılayanlarla yanaşı son illər restoranlarda əylənərək keçirənlərin də sayı artıb. Təbii ki restoranlar da bu fürsəti qaçırmamaq üçün yeni ilə xüsusi hazırlaşırlar. Müştəriləri cəlb etmək üçün müxtəlif proqramlar və əyləncələr təşkil edən restoranlarbir biri ilə rəqabətə giriblər.

Restoranların əksəriyyəti bu proqramları əsasən ailələr üçün nəzərdə tutduqlarını deyirlər. Qiymətlər isə restoranlara və tərtib olunan şou proqrama görə dəyişir.

Bayram menyusuna bütün növ kabablar, plov, salatlar, desertlərdən isə meyvə, çay və dondurma daxil olacaq.Bir çox vətəndaşlar yeni ili, evdə keçirməyə üstünlük verirlər. Onların öz arqumenti var.

Görünən odur kiyeni ilin harada qarşılamağa təsir edən əsas amil ailə büdcəsidir. Amma istənilən halda əsas olan odur ki, insan bayramı yaxınları, doğmaları və sevdiyi insanlarla qeyd etsin.

BAKU.WS