VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS
2 dekabr tarixinin qoroskopunu təqdim edir:


Qoç - ixtiyarınızda olan bu təqvimdə sizin üçün günün birinci yarısı daha uğurlu olacaq. Çoxdan gözlədiyiniz bir təklifi ala bilərsiniz. Təxminən saat 14-dən sonra isə ayıq-sayıqlığınızı artırın.

Buğa - bəxtinizdə çox düşərli bir təqvim dayanıb. Odur ki, nəyəsə cəhd edərkən hər an Ulu Tanrını başınız üzərində hiss edin. Yalnız bu halda özünüzü xoşbəxt hiss edəcəksiniz.

Əkizlər - hədsiz dərəcədə uğurlu gündür. Nəzərdə tutduğunuz planların əksəriyyətinə yetişəcəksiniz. Maraqlı təkliflər, şəxsi büdcədə artım ovqatınızı xoş edəcək. Amma ən xırda detalları belə nəzərdən qaçırmayın.

Xərçəng - ulduzların düzümü enerjinizi daha çox fəaliyyət istiqamətinə yönəltməyi tövsiyə edir. Qarşılıqlı münasibətlərdə isə bacardığınız qədər ehtiyatlı olmalısınız. Çılğınlıq etməyin.

Şir - ulduzlar günün birinci yarısında qeyri-adi hansısa addımı atmamağı tövsiyə edir. Əks təqdirdə, uğurlardan uzaq düşəcəksiniz. Sonrakı saatlarda isə sürprizlə rastlaşma ehtimalınız var.

Qız - təəssüf ki, Göy qübbəsi ixtiyarınızda olan bu təqvimin mübahisəli keçəcəyini bəyan edir. Ələlxüsus da saat 14-17 aralığı əhvalınız pozula bilər. Özünüzü ələ alıb neytral mövqe tutun.

Tərəzi - qarşınızı kəsən maneələri dəf etmək üçün imkan qazanacaqsınız. Üstəlik, sevgi aləmində sürprizlərlə rastlaşacaqsınız. Səfərə çıxmaq, işgüzar söhbətlər aparmaq isə məsləhət görülmür.

Əqrəb - maraqlı bir təqvim yaşayacağınız güman olunur. Əgər şərait olsa, işlə az məşğul olun. Çünki işdən kənarda daha çox uğurlarınız mümkündür. Bu gün ziyarətgaha getməyiniz yaxşı olar.

Oxatan - qarşılıqlı ünsiyyətdə olduğunuz hər kəslə ciddi davranın. Enerjinizi dedi-qodu və ya cəfəng söhbətlərə itirməyin. Doğma ünvanlara gedib istirahət etmək indi sizə çox lazımdır.

Oğlaq - yaxşı olar ki, əsas işlərə saat 12-dən sonra başlayasınız. Çünki əvvəlki ərəfə bir qədər qalmaqallı keçə bilər. Bu gün nüfuzlu və dəyərli insanlarla görüş keçirmək sizə səmərə verəcək.

Dolça - maddi problemlərinizin qabarmasına baxmayaraq, əsas gücünüzü sevgi amilinə yönəldin. Nəzərə alın ki, sizə ehtiyac duyanlar xoş bir sözünüzlə də kifayətlənə bilərlər. Səfərə isə çıxmayın.

Balıqlar - perspektivli sövdələşmələr aparmaq istəyirsinizsə, vaxtı fövtə verməyin. Saat 11-dən başlayaraq paralel şəkildə aktivlik göstərin. Qərarlarınızda qəti olsanız, heç vaxt uduzmayacaqsınız.

BAKU.WS