SİZİN REKLAM BURADA!
055 213 76 73



İranın Urmiya şəhərində gənc güləşçilər arasında "Martyrs Cup" turnirinə yekun vurulub.

BAKU.WS xəbər verir ki, sərbəst güləşçilərin ardınca yunan-Roma güləşçilərinin də komanda yarışı başa çatıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında çıxış edən Zaur Əliyev (55 kq), Həsən Məmmədli, Əsgər Əlizadə (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Ruslan Hədisov (67 kq), Niyaz Ərzumanov (72 kq), Cavid Miralayev (77 kq), Aslan Məmmədov (82 kq), Nəzərşah Fətullayev (87 kq), Rüfət Məmmədov (97 kq) və Sərxan Məmmədovdan (130 kq) ibarət heyət qrupda İranın bir komandasını 9:1, Gürcüstanı isə 10:0 hesabıyla məğlub edib.

Təşkilatçıların digər komandasıyla görüşdə isə yığmamız uduzub - 4:6. Qrupdakı son görüşdə Ruslan Hədisovun (67 kq) qabırğasından zədələnməsi 3-cü yer uğrunda qarşılaşmaya çıxmağa imkan verməyib. Nəticədə komandamız Ermənistana (4:6) məğlub olaraq, turniri 4-cü pillədə başa vurub.

Xatırladaq ki, sərbəst güləşçilərdən ibarət komandamız da yarışda 4-cü yeri tutmuşdu. II dərəcəli beynəlxalq hakim Vaqif Zeynallı "Martyrs Cup"da həm sərbəstlərin, həm də yunan-Roma güləşçilərinin mübarizəsində ədaləti qoruyub.

BAKU.WS