VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dizel yanacağından ətraf mühitə atılan tullantıların miqdarı digər yanacaq növlərindən dəfələrlə çoxdur. Ekoloqlar da bildirir ki, ətraf mühiti çirkləndirən əsasən dizel yanacağıdır.

“ARB TV”-nın “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Telman Zeynalov - Ekoloq: “Nəqliyyatın yanacağında ən çirkin dizel yanacağıdır. Çünki mühərrik onları işlədəndə atmosferə yüzlərlə toksiki elementlər buraxır, onlar da atmosferi çirkləndirirlər. Dizel yanacağı kənara qoyub, ümumiyyətlə qadağan edib, hamısı keçməlidir qaza”.

Bunu nəzərə alaraq dizellə işləyən avtobusların xətlərdən yığışdırıması planlaşdırılır. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu proses avtobus parkının yenilənməsi çərçivəsində həyata keçiriləcək. Bir müddət sonra ölkəyə gətiriləcək 300 yeni avtobus da məhz sıxılmış maye-qaz yanacağı ilə işləyən nəqliyyat vasitələri olacaq.

Mais Ağayev – BNA-nın mətbuat katibi: “Bununla bağlı daşıyıcı şirkətlər qarşısında tələb qoyulub. Ümumiyətlə əsas hədəflərimizdən biri odur ki, marşrut şəbəkəsində yaxın 3-4 ildə sıxılmış təbii qazla işləyən avtobusların sayı, o cümlədən elektriklə çalışan avtobusların sayı daha da artırılsın”.

Hazırda sərnişindaşımaya cəlb edilən 2000-dən çoxu məhz dizel yanacağı ilə işləyir. Bu isə o deməkdir ki, bu qədər avtobus gələcəkdə yerini sıxılmış maye qaz yanacağı ilə işləyən avtobuslara verəcək.

Ərşad Hüseynov – Ekspert: “Dünyanın hər yerində bu tendensiya var, məsələn, avropa ölkərində konkret proqram var. Qəbul ediblər və həyata keçirməyə də başlayıblar. Yanaşma da belədir ki, birincisi benzinlə, dizellə işləyən avtomobillər daha çox yanacaq işlədirlər və ətrafa daha çox tullantı atırlar”.

Avtomobil ustaları da sıxılmış maye qazın daha sərfəli və təhlükəsiz olduğunu deyirlər.

Ramin Novruzov – Avtomobil ustası: “Yəqin ki, gələn yeni model avtobuslar AVRO 5 olacaq. Qazla işləyəcək avtobusların təhlükəsi olacaqmı? Onlar buraxılanda, hamısı hesablanır buraxılır. Çünki bu sərnişin daşıyan avtobuslardır. Onun heç bir təhlükəsi olmayacaq. Çünki o qaz başqa qazdır. Onlar partlamayan bir şeydir”.

Qeyd edək ki, hazırda Bakıda yalnız “Bakubus”a məxsus avtobuslar sıxılmış maye qaz yanacağı ilə işləyir.

BAKU.WS