055 213 76 73
Şəkidə xəsarətlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Şəki-Marxal avtomobil yolunda qeydə alınıb.
Hələ ki, şəxsiyyətləri məlum olmayan sürücülərin idarə etdikləri iki avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
BAKU.WS