SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın "Rossiya 1" telekanalı məşhur azərbaycanlı geoloq Fərman Salmanov haqqında xəbər hazırlayıb.


BAKU.WS xəbər verir ki, "Rusiyanın böyük adları" müsabiqəsində ən çox səs toplayan Fərman Salmanovun adı Surqut şəhərində yerləşən beynəlxalq aeroporta verilə bilər.


O, rəqibləri Yermak Timofeyeviç və Aleksandr Flipenkodan daha çox səs toplayaraq aeroporta adı veriləcək ən real namizəd hesab olunur.


Süjetdə qeyd olunur ki, Sibirdə neft yataqlarını kəşf edən məşhur geoloqun evini yaxınları və dostları tarixi bir abidə kimi qoruyub saxlayırlar.


Surqut şəhər muzeyinin direktoru qeyd edib ki, Fərman Salmanov həmin zamanlar çətin vəziyyətdə cəmi iki traktor və bir dəzgahla çalışıb. Onun sözlərinə görə, heç bir texnika olmasa da, bu, azərbaycanlı alimə yataqları kəşf etməyə mane olmayıb.


Muzeyin rəhbəri, Fərman Salmanovun Surqut aeroportuna adı veriləcək ən layiqli namizəd olduğunu vurğulayıb.


Müsabiqənin nəticələrinin dekabrın 5-də açıqlanacağı qeyd olunur. Səsvermədə Fərman Salmanov 60 faizdən çox səs toplayıb.


Qeyd edək ki, Fərman Salmanov 1961-ci ildə Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf edib. Bununla o, Rusiya tarixində önəmli bir şəxs kimi əks olunub.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterial hazırlayıb. Həmin matrealı təqdim edirik:


BAKU.WS