VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda əmisinin həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS Publika.az-a iatinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Rəsul Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il iyulun 17-də, saat 08.00-da Pirallahı qəsəbəsində Mariya Qəhrəmanovanın meyiti aşkar olunub.

Məlum olub ki, həmin gün saat 06.00-da Mariya Qəhrəmanova ilə birgə yaşayan ərinin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Rəsul Hüseynov arasında münaqişə baş verib.

Münaqişə zəminində Rəsul Hüseynov Mariya Qəhrəmanovanın baş nahiyəsinə yumruqla vuraraq, onu qətlə yetirib.

Rəsul Hüseynov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Rəsul Hüseynov deyib ki, əmisinin arvadı Mariya ilə mübahisə yaranıb: “Aramızda mübahisə yarandı, onu itələdim, yerə yıxıldı. Ancaq öldürmək niyyətim olmayıb. Həm də sərxoş idim, hadisədən əvvəl spirtli içki qəbul etmişdim”.

Prokurorun suallarını cavablandıran Rəsul Hüseynov əmisi arvadı ilə aralarında intim münasibət olduğunu və onu qısqanclıq zəminində vurduğunu etiraf edib.

BAKU.WS