VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


106.3 FM-də yayımlanan “AvtoStop” proqramının layihə rəhbəri və aparıcısı DJ Tural Yusifov Babək prospektində baş verən “avtoxuliqanlıq” hadisəsini şərh edib.

Xatırladaq ki, Babək prospektində sağdan ötmə edən sürücü avtoxuliqan kimi saxlanıldığını iddia edir.

BAKU.WS-in məlumatına görə, sosial şəbəkədə bununla bağlı sürücünün səs yazısı yayılıb. Sürücü iddia edir ki, Babək prospekti ilə üzü Xətai rayonu istiqamətində hərəkətdə olarkən sağ zolaqda həddən artıq aşağı sürətlı hərəkət edən maşını sağdan ötməyə məcbur olub. Təxminən 3 dəqiqə sonra arxadan ona çatan DYP avtomobili onu saxlayıb. O, avtoxuliqanlıqda ittiham olunaraq maşını cərimə meydançasına aparılıb.

Tural Yusifov bu hadisəni şərh edərkən bildirib ki, əslində sürücü avtoxuliqanlıqda ittiham oluna bilməz. Çünki buna əsas da yoxdu. O sadəcə olaraq ötmə qaydasını pozduğuna görə 40 AZN cərimə oluna bilər.

Daha ətraflı VİDEODA: