SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanda keçirilən prezident seçkilərində Salome Zurabişvilinin qalib gəlməsi haqda xəbər vermişdik.

BAKU.WS-in Rusiya mətbuatına istinadən xəbər verir ki, S. Zurabaşvili ilk açıqlamasında bildirib ki, sabiq prezident Mixeil Saakaşvilinin dövründə paytaxt Tbilisidə tikilən prezident sarayında işləməyəcək.

Zurabişvilinin sözlərinə görə, o, Tbilisidə digər iqamətgahda yerləşmək istəyir. Onun fikrinə görə, keçmiş gürcü knyazı Orbelianinin sarayı daha sadə və Avropasayağı görünür.

Yeni prezident işə piyada gedəcəyini və Tbilisinin mərkəzində yerləşən evinə yaşayacağını da əlavə edib.

Hüseyn Məmmədsalahov
BAKU.WS