VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tərtərdə yanacaqdoldurma məntəqəsində (YDM) qəza baş verib.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Xəsarət alanlar təcili tibbi yardımla Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, 1966-cı il təvəllüdlü Rzayev Seymur Əli oğlu və 1995-ci təvəllüdlü Məmmədli Əsgər Səlim oğlunun vəziyyətləri ağırdır.

Məlumatda həmçinin deyilir ki, hazırda baş həkim başda olmaqla xəstəxananın həkim heyəti xəsarət alanların yanındadırlar.

***12:20

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS