SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu il dekabr ayının 1-dən 2019-cü il yanvar ayının 6-na qədər artıq ənənə halını almış “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası qapılarını Skandinaviyanın qış nağılları atmosferi həvəskarlarına açacaq.


Nərgis Fondunun rəhbərliyi illə hər il Fəvvarələr meydanında yeni il yarmarkası keçirilir. Yarmarka öz dekorasiyası, təklif olunan təamlar və yeni il çılçıraqları ilə ildən ilə daha gözəl təşkil olunaraq insanları valeh edir. Tədbirin keçirilməsi xeyriyyə məqsədlidir, toplanan vəsaitlər müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələrin müalicəsinə və əməliyyatına sərf olunacaq. Tədbirin təşkilatı işlərini Amapola Exclusive Event şirkəti öz üzərinə götürmüşdür.


Yarmarkanı ziyarət etməklə təamlardan dadmaq, bayramın gözəlliyini hiss etmək, orijinal yeni il hədiyyələri almaq və ən əsası öz əllərinizlə möcüzə yaratmaq imkanına sahib olacaqsınız.