VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Maraqla gözlənilən “Best Model of Azerbaijan” yarışmasının final tarixi açıqlanıb.


BAKU.WS xəbər verir ki, tədbir 28 noyabrda “Fairmont Baku Flame Towers”də keçiriləcək.

Yarışma “MTV Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Samir Bayramlı və Vüsalə Səidin aparıcılığı ilə keçəcək tədbirdə xüsusi qonaq olaraq Dj Çina modelləri müşayiət edəcək.

Müsabiqədə 60 model iştirak edəcək. Yarışmanın ən kiçik finalçısının 16, ən böyük finalçısının isə 30 yaşı var.


Yarışmanın münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, "Eurovision" təmsilçimiz Elnur Huseynov, şair Zəhra Bədəlbəyli, aparıcılar Nərgiz Cəlilova, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, Make up Artist Blogger Günəş Nur, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova, modelyer-dizaynerlər Afaq İsmayılzadə, Songül Başar, xoreoqraf Syama Həsənova, «Kəngərli Group»un rəhbəri Cəlal Kəngərli yer alacaqlar. 

Qala gecəsində yerli və xarici modelyer-dizaynerlerin "Bu Son Collection" (Türkiyə), "Kəngərli Baku" (Azərbaycan), "A Glamour" (Azərbaycan), "Xatirə Baharova" (Azərbaycan), "Orxideya" (Azərbaycan), "Bəyaz Gəlinik" (Azərbaycan) moda şouları təşkil olunacaq.


Qala gecəsi bitdikdən sonra «The Green Baku»da "Eurovision" təmsilçimiz Elnur Hüseynov və Dj Boranın çıxış edəcəyi qapalı "after party" təşkil olunacaq. 

Qalib gələn oğlan və qız iştirakçı 01-08 dekabr tarixlərində İstanbulda keçriləcək «Best Model of The World - 2018»də ölkəmizi təmsil edəcəklər.

Onu da bildirək ki, layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, direktoru Pərviz Əzimzadə, baş koordinatoru Ləman Mirtalıblı, baş prodüseri isə Rəna Sultanovadır.

Hüseyn Məmmədsalahov
BAKU.WS