SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya istiqamətindən "Xanoba" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı avtomobilə gömrük baxışı keçirilib.


BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.


Məlumatda həmçinin deyilir ki, Yoxlama zamanı, avtomobilin yük yerində və salonunda gömrük nəzarətinə bəyan edilməmiş cəmi 9 034 ədəd müxtəlif adda dərman vasitələri aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.


BAKU.WS