VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aktrisa Təranə Əliyevanın ailəsində xoş gün yaşanıb.

BAKU.WS-in məlumatına görə, aktrisanın bacısı Pərvanə sevib-seçdiyi Ruslan bəylə ailə həyatı qurub.

Paytaxt restoranlarının birində baş tutan toyda Əməkdar artist Rəşad İlyasov, rəqqasə Oksana Rəsulova, müğənnilər Samir Piriyev, Ayaz Qasımov, Murad Arif iştirak ediblər.

Rəqqasə Oksana Rəsulovadan dərs alan Təranə Əliyevanın qızı Aida da öz məharətini qonaqlara nümayiş etdirib.

Aktrisa Təranə Əliyeva bacısının xoş günündə təəssüratlarını BAKU.WS-lə bölüşüb:

"Çox həyəcan keçirirdim. Toyun bütün təşkilati işləri, demək olar ki, mənim üzərimə düşmüşdü. Bacıma Allahdan xoşbəxtlik arzu edirəm. Çox sevincliyəm. Allah belə xoş günlərdən hər kəsə qismət etsin".

Hüseyn Məmmədsalahov
BAKU.WS