SİZİN REKLAM BURADA!
055 213 76 73



Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və "Azəreneji"nin rəhbəri Balababa Rzayev Şüvalanda yanğın baş verən Şimal Elektrik Stansiyasına baş çəkiblər.

BAKU.WS-in məlumatına görə, nazirə hadisə ilə bağlı ətraflı məlumat verilib.

Xatıraladaq ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən Şimal Elektrik Stansiyasının ərazisində ehtiyatda olan transformatorda yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri qeyd olunan ünvana cəlb olunub.

Həyata keçirilmiş operativ tədbirlər nəticəsində yanğın söndürülüb.

BAKU.WS