055 213 76 73
Elektrik Stansiyasında başlayan yanğın artıq söndürülüb. Hadisənin stansiyada mazut çənində qeydə alındığı məlum olub.
Məsələ ilə əlaqədar “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə bildirib ki, yanğın paytaxtda elektrik enerjisinin verilməsində problemlərə səbəb olmayacaq.
“İşıqlar sönməyəcək. Heç bir problem olmayacaq”, - deyə Tanrıverdi Mustafayev bildirib.
***16.41
Bakının Xəzər rayonu ərazisi, Şüvəlan qəsəbəsində yerləşən Elektrik Stansiyasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən BAKU.WS-ə məlumat verilib.
BAKU.WS