SİZİN REKLAM BURADA!
055 213 76 73



2016-cı ildə Aprel doyüşlərində iştirak edən Elşən Əzimov müalicə ala bilməməsindən şikayətlənir.

Bu haqda o, BAKU.WS-ə məlumat verib.

Belə ki, Elşən Əzimov 2016-cı ilin 4 aprel tarixində düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, yüngün dərəcədə xəsarətlər alıb.

Onun sözlərinə görə, artıq onun ayaqlarında və sağ əlində də problem yaranıb. O, əsanın köməyi olmadan hərəkət edə bilmir.

E. Əzimov Ak. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsi ilə bağlı ona xaricə göndəriş verilməməsindən də şikayətçidir.

BAKU.WS