VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ABŞ-ın Nyu-York şəhərində növbəti dəfə "The Urban Action Showcase International Action" film festivalı keçirilib.

BAKU.WS-in məlumatına görə, "Warner Bros", "HBO" və "Cinemax" tərəfindən təşkil olunan mötəbər film festivalında ABŞ-da yaşayan həmyerlimiz, "Black Garden Company"nin rəhbəri, rejissor Elmar Bayramov da mükafatlandırılıb.

Onun çəkdiyi "Oops" filmi "Ən yaxşı döyüş filmi" nominasiyası üzrə qalib gəlib.

Təəssüratlarını BAKU.WS-lə bölüşən həmyerlimiz çox sevincli olduğunu deyib.

Qeyd edək ki, sözügedən festival dünyada keçirilən 100 ən yaxşı festivallardan biridir.

Hüseyn Məmmədsalahov
BAKU.WS