SİZİN REKLAM BURADA!
055 213 76 73



"ACT Azərbaycan" bu dəfə paytaxt sakinlərinin ən çox sevdiyi yeməklərin siyahısını hazırlayıb. 

BAKU.WS-in məlumatına görə, bununla bağlı 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə sorğu həyata keçirilib.

Sorğunun nəticələrini təqdim edirik:

Bakı sakinlərinin milli mətbəxdə sevimlisi dolmadır (84 %). Bir az fərqlə plov ikincidir (77 %). Paytaxt sakinlərinin təqribən dörddə biri (27 %) kabab, beşdə biri isə (22 %) bozbaş həvəskarıdır. Sulu yeməklərdən dovğa sevimli milli xörəklər siyahısında beşincidir (15 %). Sıralamanı xəmir xörəkləri düşbərə (14 %), xəngəl (13 %) və qutab (11 %) davam etdirir. Bakı sakinlərinin sevimli xörəkləri arasında Şəki pitisi (8 %) və Lənkəran ləvəngisi (7 %) də yer alır.

Qeyd edək ki, sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

BAKU.WS