VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rəqqasə Fatimə Fətəliyeva ATV-də yayımlanan "BizimləSən" verilişində ekspert qismində iştirak edib.

BAKU.WS-in məlumatına görə, rəqqasə efirdə atasının axtarışına çıxan Könül adlı gənc qızı başa düşmədiyini deyib.

Fatimə Fətəliyeva Könülün bu istəyinə münasibət bildirərkən birinci həyat yoldaşından da danışıb:

"Bu söhbət mənə çox tanış gəlir. Mən qızımı 23 il atasız böyütmüşəm. O səni istəmirsə, o səni qəbul etməyibsə, ona yalvarmağa dəyməz. Vaxtı ilə qızım Aydan çox istəyirdi atasını görsün. Özüm də ona dəstək, kömək oldum. Baxmayaraq ki, onun da indi ailəsi, övladları var. Allah saxlasın. Bu gün onun dəstəyi lazımdır qızıma. Atan bu yaşına qədər sənin yanında olmayıbsa, bütün insanların qarşısında ona yalvarmaqla düz etmirsən".

BAKU.WS