VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Əfsanə qayıdır" filminin çəkilişləri yekunlaşıb.


Bu haqda BAKU.WS-ə ekran işinin rejissoru Emil Abdullayev məlumat verib.

Komediya janrında olan "Əfsanə qayıdır" filmində baş rolları aktyorlar Fərda Amin, Nicat Rəhimov, əməkdar artistlər Dilarə Əliyeva, Elxan Yunis və aktrisa Ülfət Bəşir canlandırırlar.

Hələ rəsmi traileri yayımlanmayan "Əfsanə qayıdır"ın kadrarxası görüntüləri sosial şəbəkələrdə ən çox izlənilən videolar sırasındadır.



Filmin ssenari müəllifi Fariz Əliyevdir.

Qeyd edək ki, Emil Abdullayev "Axırıncı yol", "Stalinin başı", "My name is İntiqam" kimi filmlərin rejissorudur.

Hüseyn Məmmədsalahov
BAKU.WS