VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ev heyvanlarının satıldığı bazarda əsl canlanma müşahidə edilir. Hər zamankı kimi ən çox maraq məhz cins itlərə olub. Qiyməti 300, 500 hətta 700 manata olan xüsusi cins heyvanlar satışa çıxarılıb. Bununla yanaşı xüsusi pişik, quş, dovşan və siçanlara da maraq böyük olub.


Biri-birindən bahalı itlər sanki sərgiyə çıxarılıb. Sahibləri daha tez satmaq üçün təriflər yağdırır.


Balaca itlərlə eyni qəfəsə qoyulan pişiyin yeri isə rahat görsənir.


Görüntülər hər həftə sonu Təzər Bazarda təşkil edilən ev heyvanları bazarındandır.


İtlərlə yanaşı bazarda evdə saxlanılan istənilən növ heyvanı tapmaq mümkündür.


Bazarda xüsusi ilə Cunqari adlı kiçik ölçülü siçanlara maraq da böyükdür.


Bununla yanaşı bazarda ev quşları da çoxluq təşkil edir ki, onların qiyməti növünə görə 10 manatla 80 manat arasında dəyişir.


BAKU.WS