VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Quba rayonunda əmisinin gəlinin qaçıran Elşad Əsədovun qətlində ittiham olunan daha bir nəfər həbs edilib.

Publika.az xəbər verir ki, son olaraq rayonun Tülər kənd sakini Nazim Mikayılov barəsində həbs-qətimkan tədbiri seçilib. Beləliklə dəhşətli linçetmə hadisəsi və qətllə bağlı həbs edilənlərin sayı 6-ya çatıb. Daha əvvəl E.Əsədovun qaçırdığı Aynurun atası, qayını, əri və daha 2 kənd sakini məhkəmə qarşısına çıxarılaraq barələrində həbs qərarı verilmişdi.

Son olaraq həbs edilən N.Mikayılova gəlincə, o E.Əsədovla qızın Bakıda tutularaq rayona gətirilməsində əsas rol oynayan şəxslərdən biri olub. Rusiyadan Qubaya yeni qayıtmış N.Mikayılov Bakıdan rayona gətirilən Aynuru evində saxlayıb, Elşadı isə digər qohumlarının müşayəti ilə kəndin mərkəzinə aparıb.

İstintaq orqanı tərəfindən təqsirli bilinən şəxslərin barəsində 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

BAKU.WS