VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Instagram fenomeni Hüseyn Həsənovun 28 Mall-da sevənləri ilə görüşündən sonra xoşagəlməz hadisələr yaşanıb.

BAKU.WS-in əldə etdiyi görüntülərdən aydın olduğu kimi blogerlə görüşmək istəyən kütlə ticarət mərkəzi yaxınlığındakı bir neçə avtomobilə ciddi ziyan vurub.

Əzilən avtomobillərin şüşələri də çatlayıb. Instagram-da 7 milyon izləyicisi olan Hüseynlə görüşmək istəyənlər bunun üçün çox canfəşanlıq edib. Kütlənin çılğınlığından ən çox ətrafdakı nəqliyyat vasitələrinin sahibləri ziyan çəkib.

İnsanlar blogeri görmək üçün Ticarət Mərkəzinə axışıblar. 28 Mall-un ətrafında və daxilində də izdiham yaşanıb. Görüşdən sonra ticarət mərkəzində xoşagəlməz mənzərə ortaya çıxıb. 

Abbas
BAKU.WS