VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Çağdaş zamanımızın ən uzunömürlü qəzetlərindən olan "Yeni Müsavat”ın ilk sayının işıq üzü görməsindən 29 il ötür. Qəzet 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb. 

Qəzetin qurucusu hazırkı baş redaktor Rauf Arifoğludur. 
 
"Yeni Müsavat” qəzetinin ilk sayı 10 noyabr 1989-cu ildə çap olunub. 1989-cu ilin noyabrından 1991-ci ilin sentyabrınadək  "samizdat" üsulu ilə "Yeni Müsavat”ın 17 nömrəsini çıxıb.  Həmin illərdə "Yeni Müsavat” gizli və qeyri-formal nəşr olunub.

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər alıb.

2009-cu ilin noyabr ayının 8-də - qəzetin 20 illik yubileyində İsa Qəmbər təsisçiliyi Rauf Arifoğluna təhvil verib. Qəzetin 26 noyabr 2009-cu il tarixli sayında təsisçisi rəsmən dəyişib və "Yeni Müsavat” Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb.

Həmkarlarımızı təbrik edir, onlara bu qəzetin 100 illiyini qeyd etmələrini arzulayırıq.

BAKU.WS