VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Şəkidə piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Sarıca kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobili yolu keçmək istəyən kənd sakini, 1972-ci il təvəllüdlü Əlizamin Həmid oğlu Fərhadovu vurub. Nəticədə 46 yaşlı Ə.Fərhadov xəsarət alıb və Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Müayinə zamanı onun baş və bədənin əksər hisslərində xəsarətlər aşkarlanıb. Yaralının müayinə və müalicəsi davam etdirilir.
Həkimlər Ə.Fərhadovun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. 

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS