VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda jurnalist İlkin Məmmədli saxlanılıb. O, “ASAN Xidmət”ə xarici pasport almaq üçün müraciət etdikdən sonra tutulub.


BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə özünü jurnalist kimi təqdim edən İlkin Məmmədlinin qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olması barədə məlumat daxil olub.


İlkin Məmmədli saxlanılıb. Fakt üzrə araşdırma aparılır.


Qeyd edək ki, 2015-ci ilin Nardaran hadisələri zamanı Məmmədli inzibati qaydada həbs edilmiş və sonradan “Müsəlman birliyi” hərəkatının liderlərinin və fəallarının işi üzrə məhkəmə prosesində şahid qismində iştirak etmişdi.


BAKU.WS