SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS
12 noyabr tarixinin qoroskopunu təqdim edir:


Qoç – dünəndən Ay bürcünüzdə olsa da, bunun nəzərdə tutduğunuz işlərin həyata keçməsinə maneçiliyi olmayacaq. Əksinə, bütün planlarınız reallığa yaxınlaşacaq. Qidanıza fikir verin.

Buğa – yaxşı olar ki, əsas vaxtınızı fəaliyyətə yönəldəsiniz. Çünki digər sahələrdə xoşagəlməz hadisələr mümkündür. Pulla bağlı bütün planlarınızı təxirə salın. Uzaq yola çıxmayın.

Əkizlər – sevindirici hadisələr yolunuzu gözləyir. Ola bilsin ki, ağlınıza gətirmədiyiniz istiqamətdən işgüzar təkliflər də alasınız. Vaxtınız olsa, müqəddəs yerlərə mütləq baş çəkin.

Xərçəng – nəhayət ki, neçə gündən bəri davam edən üzüntülü anlarınız arxada qalacaq. Təxminən saat 11-dən etibarən şəxsi işlərinizdə böyük dönüş baş qaldıracaq. Çətinlikdən qorxmayın.

Şir – astroloji göstəricilər maliyyə durumunuzun yaxşılaşacağını bəyan edir. Münasibətlər zəminində isə vəziyyət bir qədər gərginləşə bilər. Mübahisədən yayının.

Qız – həddindən ziyadə yorğun bir gün yaşamalı olacaqsınız. Üzərinizə düşən vəzifələrin məsuliyyətini dərk etməyə çalışın. Həmkarlarınızla yerli-yersiz mübahisəyə girişməyin.

Tərəzi – təxminən saat 16-ya qədər gərgin situasiyalarla üzləşə bilərsiniz. Odur ki, oturub-durduğunuz adamların kimliyini götür-qoy edin. Etibar etmədiyiniz kəslərə mühüm sirlərinizi verməyin.

Əqrəb – bir qədər problemli gün hesab etmək olar. Çünki bir tərəfdən səhhətinizdə çətinliklər, digər tərəfdənsə pulsuzluq ovqatınızı korlaya bilər. Heç olmasa münasibətləri tənzimləyin.

Oxatan
– iş üslubunda dönüş yaratmaq üçün şanslarınız artacaq. Bunun üçün ilk növbədə ədalət prinsiplərinə riayət etməyiniz tələb olunur. Özünüzü həmkarlarınızdan daha üstün tutmayın.

Oğlaq – ixtiyarınızda olan bu təqvimdən qeyri-adi heç nə gözləməyin. Necə deyərlər, başınızı aşağı salıb adi işlərlə məşğul olun. Hər dedi-qoduya ciddi yanaşmayın. Daxili orqanlarınızı qoruyun!

Dolça – maraqlı sövdələşmələr aparmaq üçün kifayət qədər məhsuldar gündür. Qarşı tərəf sizin bütün təkliflərinizə müsbət rəy bildirəcək. Amma gərək lovğalıqdan uzaq olasınız.

Balıqlar – ünsiyyətdə olduğunuz hər bir kəslə, ələlxüsus da doğmalarınızla mehriban davranın. Nəzərə alın ki, qarşılıqlı hörmət sizə səmərə verə bilər. Qaranlıq havada daha çox evdə olun.

BAKU.WS