VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Ukraine” Ticarət Evi Azərbaycan Respublikasının Dövlət Bayrağının 100 illiyinə həsr olunmuş genişmiqyaslı təbrik tədbiri keçirib.

Şirkətdən BAKU.WS-ə verilən məlumata görə, “SOCAR Ukraine”in vasitəçiliyi ilə Ukraynanın aparıcı kütləvi informasiya vasitələri, o cümlədən İngilis dilli qəzet “ Kyiv Post” Azərbaycan xalqını bu bayram münasibətilə təbrik ediblər.

Azərbaycan bayrağının 100 illiyinə həsr olunan bayram şərəfinə Azərbaycanın dövlət bayrağı Ukraynanın ən yüksək göydələninin - “Gulliver” Ticarət və Əyləncə Mərkəzinin fasadında qürurla qaldırılıb və iki xalq arasında milli dostluq və hörmətin yüksək səviyyədə olduğu bir daha vurğulanıb.

Ukraynanın bütün bölgələri üzrə SOCAR-ın yanacaqdoldurma şəbəkələrində, eləcə də şirkətin rəsmi internet saytında qeyd olunub ki, dövlət bayrağı ölkənin həyatında böyük qələbələr və mühüm hadisələrın həmişə bir simvolu olub.

Xatırladaq ki, bir az bundan əvvəl “SOCAR Ukraine” Nar həftəsi şərəfinə özünün bütün yanacaqdoldurma məntəqələrində parlaq bir bayram keçirib. Bu tədbir zamanı Azərbaycan rəssamlarının nar meyvəsinə həsr olunmuş miniatürlərindən ibarət ekspozisiyalar nümayiş etdirilib.

Beləliklə, şirkət ukraynalıları müntəzəm olaraq Azərbaycan mədəniyyəti ilə tanış edir və iki dövlətin xalqları arasında dostluğun inkişafını davam etdirir.

BAKU.WS