SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün “Bu şəhərdə”nin konsertində həyəcanlı anlar yaşanıb.


BAKU.WS xəbər verir ki, konsert zamanı tamaşaçılardan birinin halı pisləşib. Onun üçün həkim çağırılıb.


Məsələyə aydınlıq gətirmək üçün “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasovla əlaqə saxladıq. Müşfiq Abbasov BAKU.WS-ə açıqlamasında bildirdi ki, konsert zamanı tamaşaçılardan biri, gənc oğlanın halı pisləşib.


“Bir cavan oğlanın halı pisləşdi. Epilepsiya xəstəsi idi. Tutması oldu və onun üçün təcili yardım çağırıldı. Həkimlər kömək etdilər və şükürlər olsun ki, hər şey yaxşı qurtardı. Həmin tamaşaçı da konserti sonuna qədər izlədi”, - deyə Müşfiq Abbasov bildirib.


Ziya SƏCCAD
BAKU.WS