VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Lənkəran şəhərində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.


DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Lənkəran polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Bəxtiyar Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Əməliyyat-axtarış tədbirləri ilə onun evindən əlavə olaraq 111 qramdan artıq heroin aşkar edilərək götürülüb.


Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib. Narkotik vasitəni B.Hüseynova satmaqda şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Səfər Ağayev də polis əməkdaşları tərəfindən saxlanılıb.


Əməliyyat-axtarış tədbirləri ilə S.Ağayevin evindən çəkisi 1 kiloqram 260 qram heroin və 1 kiloqram 13 qram tiryək aşkar edilərək götürülüb.


Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.


BAKU.WS